Nazirlik: "Aygün Bəylər uzun müddət onkoloji xəstəlikdən müalicə olunurdu"

Nazirlik: "Aygün Bəylər uzun müddət onkoloji xəstəlikdən müalicə olunurdu" Mərhum Aygün Bəylərin müalicəsi ölkə rəhbərliyinin diqqət mərkəzində olub
İncəsənət
7 Yanvar , 2024 14:20
Nazirlik: Aygün Bəylər uzun müddət onkoloji xəstəlikdən müalicə olunurdu

Mədəniyyət Nazirliyi ötən gün Ankarada dünyasını dəyişən Əməkdar artist Aygün Bəylərin uzun müddət onkoloji xəstəlikdən müalicə olunduğunu bildirib.

Nazirlikdən "Report"a verilən məlumata görə, mərhumun cənazəsi hazırda təyyarə ilə Azərbaycana gətirilir.

Qeyd olunub ki, Əməkdar artistin səhhəti ilə əlaqədar məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən nəzarətə götürülmüşdü və müalicəsinə zəruri dəstək göstərilirdi: "Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə getmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş verib və müğənninin həyatını xilas etmək mümkün olmayıb".

Son xəbərlər

Orphus sistemi