Natiq Şirinov konsertə hazırlaşır

Natiq Şirinov konsertə hazırlaşır Ritm ustası "Həyatın nəbzi" ni tutacaq
İncəsənət
26 Mart , 2015 15:06
Natiq Şirinov konsertə hazırlaşır

Bakı. 26 mart. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Azərbaycanın milli musiqisini dünyaya tanıdan, nağara ustası Natiq Şirinov konsertə hazırlaşır.

"Report" xəbər verir ki, əməkdar artistin konserti mayın 2-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Natiq Şirinov "Natiq" Ritm Qrupu ilə birlikdə son illər dünyanın bir çox şəhərlərində konsert proqramı ilə çıxış edib. Növbəti konsert nağara ustasının vətənində baş tutacaq.

"Həyatın nəbzi" adlanan konsertdə Natiq Şirinov maraqlı proqram nümayiş etdirəcək.

Qeyd edək ki, konsertin biletləri artıq satışa çıxarılıb.

Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində saat 19.00-da baş tutacaq konsertin biletlərinin qiyməti 28-80 manatdır.

Son xəbərlər

Orphus sistemi