Muzey direktoru: "Azərbaycan musiqi tarixinin Müslüm Maqomayev kimi ulduzunun olmasından qürur duyuruq"

Muzey direktoru: "Azərbaycan musiqi tarixinin Müslüm Maqomayev kimi ulduzunun olmasından qürur duyuruq" "Postsovet məkanında Müslüm Maqomayev çox yaxşı xatırlanır".
İncəsənət
17 Avqust , 2021 18:24
Muzey direktoru: Azərbaycan musiqi tarixinin Müslüm Maqomayev kimi ulduzunun olmasından qürur duyuruq
Alla Bayramova

"Postsovet məkanında Müslüm Maqomayev çox yaxşı xatırlanır".

Bunu “Report”a Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova bildirib.

"Azərbaycan musiqi tarixinin Müslüm Maqomayev kimi ulduzunun olmasından qürur duyuruq”, - o deyib.

Muzey direktoru qeyd edib ki, mövzudan asılı olmayaraq, xarici ölkələrdə, xüsusilə də Rusiyada təşkil edilən sərgilərdə Müslim Maqomayev hər zaman maraq obyektinə çevrilir.

“Bizdən Müslim Maqomayevin muzeyinin olub-olmadığını soruşurlar. İnsanlar onun haqqında daha çox məlumatlar eşitmək və görmək istəyirlər”, - A.Bayramova qeyd edib.

Xatırladaq ki, Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayevin doğum günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin kollektivi bu gün onun Fəxri Xiyabandakı məzarını ziyarət edib.

Çiçək Məmmədova

Son xəbərlər

Orphus sistemi