Musiqili Teatrda İlham Namiq Kamalın iştirakı ilə operetta nümayiş olunacaq

Musiqili Teatrda İlham Namiq Kamalın iştirakı ilə operetta nümayiş olunacaq Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası İlham Namiq Kamalın iştirakı ilə nümayiş olunacaq. 
İncəsənət
21 Noyabr , 2017 21:01
Musiqili Teatrda İlham Namiq Kamalın iştirakı ilə operetta nümayiş olunacaq

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası İlham Namiq Kamalın iştirakı ilə nümayiş olunacaq. 

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səhnə əsərində İlham Namiq Kamal baş rol olan Bəbirli obrazını canlandıracaq. Tamaşanın nümayişi 24 noyabr saat 19:00-da baş tutacaq. 

İlham Namiq Kamal bildirib ki, Musiqili teatrın rus bölməsi tərəfindən hazırlanan bu məşhur operettada ilk dəfə səhnəyə çıxacaq: "Bəbirli çox xarakterik bir obrazdır. Kaloritli olduğu qədər də, özünəməxsus düşüncə tərzinə malikdir. Rauf Hacıyevin möhtəşəm musiqisi isə şedevrdir”.

Qeyd edək ki, beynəlxalq layihə kimi Teatrın tarixinə yazılan tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu dirijoru, əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu baletmestrləri əməkdar artist Zakir Ağayev və Leyla Ağayevadır. Tamaşada rolları əməkdar artistlər - Boris Qrafkin, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar - Firuz Məmmədov, Yuliya Heydərova, Rauf Babayev, Nicat Əli və Əliməmməd Novruzov ifa edirlər.

Son xəbərlər

Orphus sistemi