Musiqili Teatr Formula 1 ilə bağlı xüsusi repertuar hazırlayıb

Musiqili Teatr Formula 1 ilə bağlı xüsusi repertuar hazırlayıb Tamaşalar ingilis dilində tərcümə sətirlər vasitəsilə əcnəbi qonaqlara təqdim ediləcək
İncəsənət
13 İyun , 2016 13:36
Musiqili Teatr Formula 1 ilə bağlı xüsusi repertuar hazırlayıb

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı Formula 1 üzrə Avropa Qran-pri yarışı ilə əlaqədar xüsusi repertuarla çıxış edəcək. 

Teatrdan "Report"a verilən məlumata görə, səhnə əsərləri ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlara təqdim olunacaq.

Belə ki, beynəlxalq yarış həftəsi ərzində R.Hacıyev, E.Ocaqov, F.Zöhrabovun “Talelər qovuşanda” və O.Kazımi, R.Heydərin “Qızıl toy” tamaşaları nümayiş etdiriləcək.  

Son xəbərlər

Orphus sistemi