Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək

Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günü münasibətilə fevralın 5-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda onun əsərlərindən ibarət konsert keçiriləcək.
İncəsənət
31 Yanvar , 2022 17:05
Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günü münasibətilə fevralın 5-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda onun əsərlərindən ibarət konsert keçiriləcək.

Tədbir təşkilatçılarının “Report”un Rusiya bürosuna verdiyi məlumata görə, konsertdə “Legend of Fire” triosunun virtuoz üzvləri Zəhra Bədəlbəyli, Ceyla Seyidbəyli və Nurlan Növrəsli çıxış edəcəklər.

Tədbirdə Qara Qarayevdən savayı Dmirti Şostakoviçin, Niyazinin, Arif Məlikovun, Vasif Adıgözəlovun və digər tanınmış bəstəkarların əsərləri səslənəcək. Bəzi əsərlər ilk dəfə olaraq səslənəcək.

Son xəbərlər

Orphus sistemi