Moskvada Qara Qarayevin 100 illik yubileyi qeyd olunacaq

Moskvada Qara Qarayevin 100 illik yubileyi qeyd olunacaq Konsert Rusiya və Azərbaycanın mədəniyyət nazirlikləri tərəfindən təşkil ediləcək
İncəsənət
22 Yanvar , 2018 18:07
Moskvada Qara Qarayevin 100 illik yubileyi qeyd olunacaq

Moskva. 22 yanvar. REPORT.AZ/ Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə fevralın 1-də Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında konsert keçiriləcək.

"Report"un Rusiya bürosunun məlumatına görə, konsert Rusiya və Azərbaycanın mədəniyyət nazirlikləri tərəfindən təşkil ediləcək.

İki hissədən ibarət olacaq konsertdə incəsənətşünas Rauf Fərhadov aparıcılıq edəcək.

Konsert gecəsində qonaqlara Q.Qarayevin bir neçə əsəri, o cümlədən fortepiano üçün məşhur prelüdiyalar və "Yeddi gözəl" baletindən seçmələr təqdim ediləcək. Musiqiləri Yelena Reviç (skripka), Olqa Domnina (fortepiano) və Yevgeni Astafurov (bariton) ifa edəcəklər.

Son xəbərlər

Orphus sistemi