Mingəçevir Teatrı mövsümü "İki yetimin taleyi" tamaşası ilə açacaq

Mingəçevir Teatrı mövsümü "İki yetimin taleyi" tamaşası ilə açacaq Tamaşa sentyabrın 12-də nümayiş etdiriləcək
İncəsənət
2 Sentyabr , 2015 15:58
Mingəçevir Teatrı mövsümü İki yetimin taleyi tamaşası ilə açacaq

Bakı. 2 sentyabr. REPORT.AZ/ Mingəçevir Dövlət Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 12-də açacaq.

"Report" xəbər verir ki, həmin gün teatrda yazıçı-dramaturq Əli Əmirlinin "İki yetimin taleyi" adlı əsəri əsasında xalq artisti, rejissor Vaqif Əsədovun hazırladığı tamaşa nümayiş etdiriləcək.

Tamaşada Mingəçevir Teatrının aktyor truppası çıxış edir.

Teatrda ilin sonunadək 2 yeni tamaşa hazırlanacaq.

Son xəbərlər

Orphus sistemi