Milli İncəsənət Muzeyinin rəhbəri Fransanın ordeni ilə təltif olunub

Milli İncəsənət Muzeyinin rəhbəri Fransanın ordeni ilə təltif olunub Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev Fransanın İncəsənət və Ədəbiyyat Ordeninə layiq görülüb.
İncəsənət
10 Oktyabr , 2019 18:43
Milli İncəsənət Muzeyinin rəhbəri Fransanın ordeni ilə təltif olunub

Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev Fransanın İncəsənət və Ədəbiyyat Ordeninə layiq görülüb.

“Report” xəbər verir ki, təltif mərasimi Fransanın Azərbaycandakı səfirliyində keçirilib.

Səfir Zakari Qros 2017-ci ildə Bakıda Milli İncəsənət Muzeyinin 80 illiyilə bağlı “Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı Fransa incəsənəti” adlı sərginin keçirildiyini xatırladıb.

Qeyd edək ki, ötən əsrin ortalarında dünya mədəniyyətinin mühüm hadisələrini qeyd etmək məqsədilə təsis edilmiş İncəsənət və Ədəbiyyat Ordeninin kavaler, zabit, komandor olaraq üç dərəcəsi var. Bu ordenlə təltif barədə qərarı xüsusi komitənin iştirakı ilə Fransanın mədəniyyət naziri verir.

Son xəbərlər

Orphus sistemi