Milli İncəsənət Muzeyində Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçiriləcək

Milli İncəsənət Muzeyində Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçiriləcək Tədbirə giriş sərbəstdir
İncəsənət
30 Yanvar , 2018 14:58
Milli İncəsənət Muzeyində Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçiriləcək

Bakı. 30 yanvar. REPORT.AZ/ Fevralın 3-də Milli İncəsənət Muzeyində Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçiriləcək.

Muzeydən "Report"a verilən məlumata görə, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix elmləri üzrə fəlsəfə doktoru Fərhad Cabbarov, BP-nin kəşfiyyat üzrə aparıcı mütəxəssisi, H.Z.Tağıyevın nəticəsi Nazim Abdullayev,  AMEA-nın Geologiya və Geofizika İnstitutunun böyük elmi işçisi, geologiya va mineralogiya elmləri namizədi Səidə Miri-zadə H.Z.Tağıyevın həyat və fəaliyyəti haqqında məlumatlarını  bölüşəcək.

Saat 15:00-da başlayacaq gecəyə giriş sərbəstdir.

Qeyd edək ki, xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağı oğlu Tağıyev 1823-cü il (bəzi mənbələrdə 1838) yanvarın 10-da Bakıda başmaqçı ailəsində anadan olub. O, kiçik yaşlarından fəhləlik edib, 15 yaşından bənnalığa başlayıb, 1873-cü ildə neftçıxarma işinə sərmayə qoyub və 1878-ci ildə mədəndə baş verən neft fontanı onu Bakının zəngin sahibkarlarından birinə çevirib. H.Z.Tağıyev 1879-cu ildə Bakıya su kəməri çəkdirib, 1901-ci ildə 325 min manatlıq vəsait sərf edərək Cənubi Qafqazda yeganə qızlar məktəbini tikdirib. O, 1924-cü il sentyabrın 13-də Mərdəkanda vəfat edib, axund Əbuturab məqbərəsində dəfn edilib.

Son xəbərlər

Orphus sistemi