Məşhur aktyor vəfat edib

Məşhur aktyor vəfat edib Corc Qeyns "Polis Akademiyası" serialı ilə məşhurlaşıb
İncəsənət
277
17 Fevral , 2016 10:55
Məşhur aktyor vəfat edib

Bakı. 17 fevral. REPORT.AZ/ Amerikanın məşhur aktyoru Corc Qeyns 98 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə onun qızı məlumat yayıb. 98 yaşlı aktyor evində dünyasını dəyişib.

Corc Qeyns "Polis Akademiyası" serialında ifa etdiyi komissar Lassarda obrazı ilə tanınıb.

Geniş tamaşaçı kütləsi məşhur aktyoru "Tutsi" filmində canlandırdığı obrazdan sonra daha çox tanıyıb və sevib. Aktyor 1960-70-ci illərin televiziya ulduzu olub. Onun iştirakı ilə çəkilən serialları tamaşaçılar maraqla izləyib.

Corc Qeyns 2003-cü ildə kino ilə vidalaşıb.

Ömrünün son illərində Kaliforniya ştatının Santa-Barbara şəhərində yaşayıb.

İngilis versiyası FotoFamous actor dies

Son xəbərlər

Orphus sistemi