Luvr muzeyinin zərəri açıqlandı

Luvr muzeyinin zərəri açıqlandı İyulun 6-dan qapılarını yenidən açacaq Parisin məşhur Luvr muzeyi COVID-19 pandemiyası üzündən böyük maliyyə itkilərilə üzləşib.
İncəsənət
25 İyun , 2020 13:01
Luvr muzeyinin zərəri açıqlandı

İyulun 6-dan qapılarını yenidən açacaq Parisin məşhur Luvr muzeyi COVID-19 pandemiyası üzündən böyük maliyyə itkilərilə üzləşib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə dünyanın ən böyük muzeyinin idarəçi direktoru Jan-Luk Matinez bildirib.

“Maliyyə itkilərimiz 40 milyon avrodan artıqdır. Bu vəsait satılmayan biletlər, həmçinin muzey otaqları və salonlarının əvvəllər olduğu kimi tədbirlər üçün icarəyə verilməməsi üzündən əlimizə gəlməyib. Muzeyə gələnlərin sayını gündə 5-10 min çərçivəsində saxlamalıyıq. ABŞ və Çindən turistlərin bir müddət gəlməməsi müştərilərimizin sayının 25 faiz azalması deməkdir”, – muzey direktoru deyib.

Luvr rəhbərinin fikrincə, muzeyə gələnlərin sayı ötən ilin müvafiq dövründəkinin uzaqbaşı 20-30 faizi səviyyəsində olacaq.

Son xəbərlər

Orphus sistemi