Londonda Alim və Fərqanə Qasımovaların ifasında Leyli və Məcnun operası səhnəyə qoyulub - VİDEO

Londonda Alim və Fərqanə Qasımovaların ifasında Leyli və Məcnun operası səhnəyə qoyulub - VİDEO London. 14 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın paytaxtı Londonda Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasında Leyli və Məcnun operası səhnəyə qoyulub.
İncəsənət
2300
14 Noyabr , 2018 17:01
Londonda Alim və Fərqanə Qasımovaların ifasında Leyli və Məcnun operası səhnəyə qoyulub - VİDEO

London. 14 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın paytaxtı Londonda Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasında "Leyli və Məcnun" operası səhnəyə qoyulub.

“Report”un verdiyi xəbərə görə, “Sadler’s Wells” teatrında səhnələşdirilən "Leyli Məcnun" operası Mark Morris tərəfindən Üzeyir Hacıbəylinin 1908-ci ildəki "Leyli və Məcnun" operasına uyğunlaşdırılıb. Səhnədə Alim Qasımov və Fərqanə Qasımovanı Mark Morris rəqs qrupu, əsası Yo-Yo-Ma adlı musiqiçi tərəfindən qoyulan İpəkyolu Ansamblı müşayiət edib.

“Report”a açıqlamasında Alim Qasımov Böyük Britaniyda "Leyli və Məcnun" tamaşasının Azərbaycanlı musiqiçilərlə birgə səhnəyə qoyulmağının önəminə toxunub: “Bizi tarda Zəki Vəliyev və kamançada Rauf İslamov müşayiət edir. Azərbaycanın ab-havasını, muğamını, səsini, sənətini burada, Böyük Britaniyada izləyicilərə çatdırmaq bizim üçün çox dəyərli və qürurverici bir hissdir”, - deyə A.Qasımov bildirib.

Qeyd edək ki, Böyük Britaniyada ilk dəfədir ki, "Leyli və Məcnun" operasının adaptasiyası bu həcmdə nümayiş etdirilir. Tamaşa 17 noyabr tarixinə qədər nümayiş olunacaq.

Aytən Abbaslı

Orphus sistemi