Bakı. 29 fevral. REPORT.AZ/ "Oskar" - Amerika kinoakademiyasının mükafatçılarının adları açıqlanıb. "Report"un xəbərinə görə, məşhur Hollivud aktyoru Leonardo Di Kaprio nəhayət ki, "Oskar" mükafatına sahib olub.
"Oskar"ın 88-ci təltifetmə mərasimində mükafat Leonardo Di Kaprioya təqdim edilib.
O, bu mükafata "Sağ qalmış" ("The Revenant") filminə görə layiq görülüb.
