Kurosavanın filmlərinin ssenari müəllifi 100 yaşında vəfat edib

Kurosavanın filmlərinin ssenari müəllifi 100 yaşında vəfat edib Bakı. 20 iyul. REPORT.AZ/ Məşhur yaponiyalı ssenarist Şinobu Haşimoto 100 yaşında vəfat edib.
İncəsənət
20 İyul , 2018 15:27
Kurosavanın filmlərinin ssenari müəllifi 100 yaşında vəfat edib
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ Məşhur yaponiyalı ssenarist Şinobu Haşimoto 100 yaşında vəfat edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Ş.Haşimoto Tokio şəhərindəki evində pnevmoniyadan keçinib.

Qeyd edək ki, o daha çox Akira Kurosavanın əfsanəvi filmlərinə, o cümlədən "Yeddi samuray" və "Rasemon" filmlərinə ssenari yazmaqla məşhurlaşıb. Ümumilikdə isə, Ş.Haşimoto 70-dən çox ssenari yazıb və son dövrlərə qədər işinə davam edib. Yalnız insult keçirdikdən sonra o, işindən uzaqlaşmalı olub. Ssenarist həm də üç film çəkib.

Son xəbərlər

Orphus sistemi