Hollivud filmlərinin premyerası koronavirusa görə təxirə salındı

Hollivud filmlərinin premyerası koronavirusa görə təxirə salındı Bütün dünyanı cənginə alan koronavirus pandemiyasından ən çox təsirlənən sektorlardan biri də kinematoqrafiya sahəsi olub.
İncəsənət
137
6 Aprel , 2020 15:20
Hollivud filmlərinin premyerası koronavirusa görə təxirə salındı

Bütün dünyanı cənginə alan koronavirus pandemiyasından ən çox təsirlənən sektorlardan biri də kinematoqrafiya sahəsi olub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, yaxın vaxtlarda nümayişi gözlənilən bir sıra Hollivud filmlərinin premyerası təxirə salınıb.

Belə ki, superqəhrəman janrında olan "Wonder Woman"ın premyerası iyunun 5-dən avqustun 14-nə, Skarlett Yohannsonun baş rolda olduğu "Black Widow" mayın 11-dən noyabrın 22-nə, baş rolda Tom Kruzun olduğu "Top Gun: Maverick" iyunun 24-dən dekabrın 23-nə, bondiananın yeni filmi olan "No Time To Die" isə aprelin 10-dan noyabrın 25-nə ertələnib. 

Bundan başqa, "Marvel"in "Doctor Strange in the Multiverse of Madness" filminin mavi ekranlarda nümayişi 2021-ci il mayın 7-dən noyabrın 5-nə, macəra janrlı "Jungle Cruise" bu il iyulun 24-dən 2021-ci il iyulun 30-na, fantastik komediya janrında olan "Ghostbusters: Afterlife" iyulun 10-dan gələn il martın 5-nə, "Minions: Rise of Gru" iyulun 3-dən 2021-ci il iyulun 2-nə, baş qəhrəmanı Ford Harrisonun olduğu "Indiana Jones: 5" 2021-ci il iyulun 9-dan 2022-ci il iyulun 29-na, "Thor: Love and Thunder" 2021-ci il noyabrın 5-dən 2022-ci il fevralın 18-nə təxirə düşüb. 

Son xəbərlər

Orphus sistemi