Keçmiş SSRİ-nin tanınmış bəstəkarı 96 yaşında vəfat edib

Keçmiş SSRİ-nin tanınmış bəstəkarı 96 yaşında vəfat edib L.Lyadova bu ilin fevralın sonunda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Onun ağciyərinin 75 faizi virusa yoluxubmuş
İncəsənət
455
10 Mart , 2021 11:27
Keçmiş SSRİ-nin tanınmış bəstəkarı 96 yaşında vəfat edib
Lyudmila Lyadova

Rusiyanın Xalq artisti və keçmiş SSRİ-nin tanınmış bəstəkarı Lyudmila Lyadova vəfat edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, 96 yaşında Moskvadakı xəstəxanalardan birində dünyasını dəyişib.

L.Lyadova bu ilin fevralın sonunda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Onun ağciyərinin 75 faizi virusa yoluxubmuş.

Qeyd edək ki, L.Lyadova 1925-ci il martın 29-da Yekaterinburqda anadan olub. 1948-ci ildə Ural Konservatoriyasını bitirib. 1951-ci ildə SSRİ Bəstəkarlar İttifaqına qəbul olunub.

O, 800-dən artıq mahnıya musiqi bəstələyib. Onun əsərlərini İosif Kabzon, Edita Pyexa, Eduard Xil və başqa müğənnilər səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi