Kann kinofestivalının qalibi məlum olub

Kann kinofestivalının qalibi məlum olub İsveç rejissorunun filmi baş mükafata layiq görülüb
İncəsənət
617
29 May , 2017 05:35
Kann kinofestivalının qalibi məlum olub
Foto: P.Le Seqreten

Bakı. 29 may. REPORT.AZ/ Fransanın Kann şəhərində keçirilən sayca 70-ci olan yubiley kinofestivalı başa çatıb.

"Report" xəbər verir ki, rejissor Pedro Almodovarın rəhbərlik etdiyi münsiflər heyəti əsas mükafat olan "Qızıl palma budağı"nı isveçli rejissor Ruben Ostlundun "Dördbucaq" filminə verib.

Kann festivalının qran-prisini rejissor Robin Kampiyonun "Dəqiqədə 120 zərbə" ekran əsəri alıb.

Ən yaxşı rejissor işi mükafatını Sofiya Koppola qazanıb.

Ən yaxşı aktyorlar isə Diana Krüqer ("Tükənmək üzrə") və Xoakin Feniks ("Sən burada heç vaxt olmamısan") seçilib.

Bundan əlavə, Nikol Kidman yubiley mərasiminin xüsusi mükafatını alıb.

Son xəbərlər

Orphus sistemi