Bakı. 18 aprel. REPORT.AZ/ İsveçrədə məşhur aktyor Çarli Çaplinin şərəfinə muzey açılıb.
"Report" xəbər verir ki, muzeyin açılışında Ç.Çarlinin nəvələri, sənətinin pərəstişkarları iştirak edib.
Təşkilatçılar bildiriblər ki, məşhur aktyora həsr edilən belə muzey ilk dəfə yaradılıb.
Muzeyi ziyarət edənlər Ç.Çaplinin məşhur şlyapası və hər zaman filmlərdə əlində gəzdirdiyi əsasını da görə bilərlər. Bundan əlavə muzeydə aktyorun mumdan hazırlanan fiquru nümayiş etdirilir.
Muzeydə təqdim edilən maraqlı eksponatlardan biri də Ç.Çaplinin yataq otağında olan əşyalardır. Aktyor dünyasını dəyişənə qədər yatdığı çarpayı nümayiş edilən eksponatlar arasında yer alıb.
Muzeyin təşkilatçıları ümid edirlər ki, il ərzində muzeyi 300 mindən çox insan ziyarət edəcək.
Xatırladaq ki, dünya kinosunun məşhur ulduzu Ç.Çaplin 1977-ci ildə 88 yaşında vəfat edib.