“İçəri Şəhər” filmi Kerala Beynəlxalq Film Festivalında nümayiş etdirilib

“İçəri Şəhər” filmi Kerala Beynəlxalq Film Festivalında nümayiş etdirilib Ekran əsəri festivalın “Dünya kinosu” proqramı çərçivəsində nümayiş olunub
İncəsənət
141
19 Dekabr , 2016 12:17
“İçəri Şəhər” filmi Kerala Beynəlxalq Film Festivalında nümayiş etdirilib

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan istehsalı olan “İçəri Şəhər” bədii filmi Hindistanda nümayiş etdirilib. 

“Azərbaycanfilm” kinostudiyasından "Report"a verilən məlumata görə, ekran əsərinin bu ölkədə keçirilən 21-ci Kerala Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramı çərçivəsində nümayişi baş tutub.

 Qeyd edək ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.

Son xəbərlər

Orphus sistemi