Hüseyn Cavidin "İblis" pyesi İstanbulda səhnəyə qoyulub

Hüseyn Cavidin "İblis" pyesi İstanbulda səhnəyə qoyulub İstanbul Böyükşəhər Bələdiyyəsinin şəhər teatrında Əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasovanın görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin İblis pyesi əsasında quruluş verdiyi eyniadlı tamaşanın təqdimatı olub.
İncəsənət
17 Aprel , 2019 23:55
Hüseyn Cavidin İblis pyesi İstanbulda səhnəyə qoyulub
Report

İstanbul Böyükşəhər Bələdiyyəsinin şəhər teatrında Əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasovanın görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin "İblis" pyesi əsasında quruluş verdiyi eyniadlı tamaşanın təqdimatı olub.

"Report"un Türkiyə bürosu xəbər verir ki, tamaşanın ilk təqdimatında mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, tamaşanın baş məsləhətçisi, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, hər iki ölkədən tanınmış ictimai xadimlər, sənət adamları iştirak ediblər.

Türkiyənin tanınmış aktyorları – Rıdvan Çələbi, Arifi Gənc, Əmrə Narcı, Nurseli Tırışkan və Şənay Bağın da yer aldığı tamaşada İstanbul şəhər teatrlarında ilk dəfə olaraq texnologiyanın yeniliklərindən istifadə olunub. "Maping” 3D işıq cihazlarının, səs effektlərinin tətbiq olunduğu tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. İstanbulun teatr səhnələri üçün ilk olan, kino effekti ilə seçilən bu qurğunun tamaşaya xüsusi görkəm verib.

Onu da qeyd edək ki, “İblis” tamaşasının yaradıcı heyəti, İstanbuldan sonra Bakıda, sənətsevərlərin görüşünə gələcək.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi