Yuxarı

Sona Vəliyeva

 - 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü.



2012

Sona Vəliyeva həm də ədəbi tənqid, şeir və digər bədii yaradıcılıq sahəsində yazıları ilə tanınır. Onun indiyə qədər işıq üzü görmüş "Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi" (2002), "Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası" (2003) elmi-publisistik və "Çəhrayı rəngli dünyam" (2007) şeirlər kitabı oxucular tərəfindən rəğbətlə qarşılanıb. 2012-ci ildə işıq üzü görmüş "Zaman xəbərsiz ötdü..." kitabı şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın oxucularla növbəti görüşü olmaqla yanaşı, həm də yaradıcılıq hesabatı olub.

2005

2005-ci ildə jurnalist fəaliyyətinə görə "Tərəqqi" medalına layiq görülüb. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb.

1999

1999-2007-ci illərdə "Kaspi" qəzetində direktor vəzifəsində çalışıb.

1995

1995-1999-cu illərdə "Səs" qəzetində müxbir kimi fəaliyyətə başlayıb.

1984

1984-1994-cü illərdə Ü.Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda işləyib.

1980

1980-1984-cü illərdə ADİU-nun mədəni-maarif fakültəsinin təşkilatçı metodist şöbəsində təhsil alıb.

1962

Vəliyeva Sona Məhəmməd qızı 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.