Bakı. 7 fevral. REPORT.AZ/ Fevralın 17-də
Mərkəzdən "Report"a verilən məlumata görə, ekspozisiyada Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış unikal avanqard kolleksiyası nümayiş olunacaq.
Ekspozisiyada tanınmış avanqard klassikləri Kazimir Maleviç, Vasili Kandinski, Aleksandr Rodçenko, Vladimir Tatlin, Aleksandr Ekster, Mark Şaqal ilə yanaşı, Viktor Bart, Aleksey Qrişenko, Aleksey Morqunov, Sergey Romanoviç, Pavel Mansurov və digərləri kimi avanqard incəsənət tarixinə mühüm töhfələr vermiş sənətkarların yaradıcılığından nümunələr təqdim ediləcək.
Sərgidə ümumilikdə 60 əsər nümayiş olunacaq.
Ekspozisiya özündə 2016 və 2017-ci illərdə Moskvada nümayiş olunan “Zamanında. Birinci hissə” və “Zamanında. İkinci hissə” sərgilərinin eksponatlarını birləşdirir və rus avanqardının 1900-cü illərin ortalarında formalaşmasından başlayaraq 1930-cu illərin əvvəllərindəki tənəzzülünə qədər olan dövrü əhatə edir. Layihənin əsas ideyası məşhur, az tanınmış və ümumiyyətlə tanınmamış avanqard rəssamların Rusiya regional muzeylərinin kolleksiyalarında qorunan əsərlərini təqdim etmək, XX əsrin ilk 30 ilində rus incəsənətindəki əsas üslubları nümayiş etdirməkdir.
İncəsənət tarixçisi, rus avanqardı barədə silsilə monoqrafiya və nəşrlərin müəllifi Andrey Sarabyanovun kuratoru olduğu sərgi Rusiyanın Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi, Moskva Müasir İncəsənət Muzeyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.
Ekspozisiya Heydər Əliyev Mərkəzində mayın 5-dək açıq olacaq.