Gəncə Dövlət Kukla Teatrına yeni rəhbər təyinatı olub

Gəncə Dövlət Kukla Teatrına yeni rəhbər təyinatı olub Teatrın əvvəlki direktoru bir müddət əvvəl infarkt nəticəsində dünyasını dəyişib
İncəsənət
11 Oktyabr , 2017 20:58
Gəncə Dövlət Kukla Teatrına yeni rəhbər təyinatı olub

Gəncə. 11 oktyabr. REPORT.AZ/ Gəncə Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyinat olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu vəzifəyə həmin teatrda 20 ilə yaxın aktrisa işləyən Mahirə Oqtay qızı Haqverdiyeva təyin olunub.

Qeyd edək ki, Gəncə Dövlət Kukla Teatrının əvvəlki direktoru Bayram Fətəliyev bir müddət əvvəl oğlu ilə birgə yolda gedərkən qəflətən halı pisləşıb və infarkt nəticəsində dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi