Gəncə Dövlət Dram Teatrı “Dəli yığıncağı” tamaşasını Bakıda nümayiş etdirəcək
İncəsənət
- 14 dekabr, 2015
- 09:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 dekabr. REPORT.AZ/ Gəncə Dövlət Dram Teatrı Bakıya qastrol səfərinə gəlir. Teatr Bakı tamaşaçıları üçün Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyasını nümayiş etdirəcək.
“Report” xəbər verir ki, tamaşa dekabrın 15-də S.Vurğun adına Rus Dram Teatrında oynanılacaq.
Qeyd edək ki, əsərə Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova quruluş verib.
Tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər İlham Hüseynov, Elxan Abbasov, Ramiz Vəliyev, aktyorlar Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov və başqaları ifa edir.
Tamaşanın rəssamı Elnur Axundovdur.
Xatırladaq ki, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri 1927-ci ildə yazılıb.
Son xəbərlər
01:32
İstanbulda hava səbəbindən 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
Region
01:17
Foto
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
Daxili siyasət
01:00
UEFA Çempionlar Liqasında ikinci turun növbəti oyunları keçirilib
Futbol
00:38
ABŞ hipersəs raketinin yerləşdirilməsi qrafikindən geri qaldığını etiraf edib
Digər ölkələr
00:10
Kiyevə növbəti hərbi yardım müzakirə edilib
Digər ölkələr
00:00
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
Daxili siyasət
23:29
Slovakiya Ukrayna üçün yeni Avropa kreditinə qoşulmayacaq
Digər ölkələr
23:15
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb
Digər ölkələr
23:08
ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır
Maliyyə