Bakı. 16 mart. REPORT.AZ/ Novruz bayramı günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Dünya Uşaq və Gənclər Teatr günü qeyd ediləcək. Bu münasibətlə teatrda martın 18-dən 25-dək “Tamaşaların paradı” adı ilə repertuar tərtib edilib.
"Report" xəbər verir ki, bayram günlərində balacalar “Möcüzəli turp” ilə yanaşı, A.Şaiqin “Tıq-tıq xanım”, P.Nurəliyevanın “Dəcəl keçi”, xalq nağılı “Qoğalın nağılı” tamaşalarını da izləyə biləcəklər.
Tamaşalardan əvvəl Novruzun əsas personajları – Kosa və Keçəl tamaşaçılarımızı Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq.
Tamaşalar mart ayının 18-dən 25-dək davam edəcək.
Biletlər şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN” xidmət mərkəzlərindən, eləcə də Dövlət Gənc Tamaşaçılar Teatrının kassalarında satılır.