Gənc Tamaşaçılar Teatrı aktyor axtarır

Gənc Tamaşaçılar Teatrı aktyor axtarır Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı gənc aktyorların kastinqini elan edib.
İncəsənət
6 İyul , 2018 17:19
Gənc Tamaşaçılar Teatrı aktyor axtarır
Report
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı gənc aktyorların kastinqini elan edib.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kastinqdə aktyorluq təhsili almış və ya hazırda aktyorluq üzrə təhsil alan 18-22 yaşlı oğlan və qızlar iştirak edə bilər.

Kastinqin keçirilməsində məqsəd gənc aktyor nəslinin yaradıcılıq potensialının üzə çıxarılması və teatr sənətinə yeni adların gətirilməsidir.

Maraqlananlar bazar günlərindən başqa hər gün saat 10:00-dan 18:00-dək teatra müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi