Fransada azərbaycanlı rəssamın qeyri-standart ölçülü nadir əsəri sərgilənir - FOTO

Fransada azərbaycanlı rəssamın qeyri-standart ölçülü nadir əsəri sərgilənir - FOTO Bulon-Biyankur şəhərində “Beaux-Arts” Cəmiyyətinin payız incəsənət sərgisi keçirilir
İncəsənət
9 Noyabr , 2017 02:30
Fransada azərbaycanlı rəssamın qeyri-standart ölçülü nadir əsəri sərgilənir - FOTO
REPORT

Paris. 9 noyabr. REPORT.AZ/ Parisin yaxınlığında yerləşən Bulon-Biyankur şəhərində “Beaux-Arts” Cəmiyyətinin payız incəsənət sərgisi keçirilir.

“Report”un Fransa bürosu məlumat verir ki, noyabrın 22-dək davam edəcək bu sərgidə azərbaycanlı rəssam Məryəm Ələkbərlinin qeyri-standart ölçülü “Rosemarie çimərliyi” əsəri nümayiş etdirilir.

Təbiət mövzusuna həsr edilmiş bu sərgidə 60-a yaxın rəssam, heykəltaraş və fotoqrafın təbiətin ən ağlasığmaz möcuzələrini əks etdirən əsərləri nümayiş olunur.

Azərbaycanlı rəssamın böyük məharətlə canlandırdığı dəniz mənzərəsi kətan üzərinə canlı rənglərin improvizasiyası ilə yüksək peşəkarlıqla köçürülüb. Fərqli baxışları olan azərbaycanlı gənc rəssam qeyri-standart ölçülü (250/180) nadir əsərində tonların harmoniyasını incəliklə yaradıb ki, və bu da onun rəng seçimindəki yüksək duyumundan və peşəkarlığından xəbər verir.

Son xəbərlər

Orphus sistemi