Fidan Haciyeva tələbələri ilə birgə konsert verib

Fidan Haciyeva tələbələri ilə birgə konsert verib Konsert “Zirə” Mədəniyyət Mərkəzində baş tutub
İncəsənət
31 May , 2017 16:13
Fidan Haciyeva tələbələri ilə birgə konsert verib

Bakı. 31 may. REPORT.AZ/ Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Haciyeva tələbələri ilə birgə konsert verib.

 Bunu "Report"a açıqlamasında xalq artistinin özü bildirib. 

 F.Hacıyeva bildirib ki, konsert “Zirə” Mədəniyyət Mərkəzində baş tutub. O, tələbələri ilə fəxr etdiyini, onların tez bir zamanda peşəkarcasına ifa etmə bacarığına yiyələnməsini yüksək qiymətləndirib: “Ən əsası odur ki, hər bir tələbəm özünü bu konsertdə göstərmək şansı qazandı. Tələbələrimin müsabiqələrə qatılması, beynəlxalq tədbirlərdə çıxış etmələri və artıq laureat olmaları məni qürurlandırır. Bütün bunlar tək mənim deyil, Azərbaycan mədəniyyətinin, vokal sənətinin uğurudur. Etdiklərimin hamısı məhz Azərbaycan üçündür. Musiqi Mərkəzində müxtəlif yaş kateqoriyalarda tələbələr var. 7 yaşından başlayaraq istedadlı hər kəs bizimlədir. Bu gənclərin hər biri gələcəyin Gülçöhrəsi, Koroğlusu, Balaşı, Əsgəri, Sevili, Karmenidir”.

Xalq artistinin sözlərinə görə, tələbələri həm Azərbaycan, həm də dünya musiqisindən parçalar səsləndiriblər. Onlar Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Tofiq Quliyev, Nikolas Brotski, Jorj Bize və digər bəstəkarların əsərlərinə müraciət ediblər. Bundan başqa, F.Hacıyeva konsertdə hər bir tələbəsi ilə duet oxuyub.

Son xəbərlər

Orphus sistemi