"Euronews" tarla bağlı reportaj hazırlayıb - VİDEO

"Euronews" tarla bağlı reportaj hazırlayıb - VİDEO "Euronews": Azərbaycanın qəlbini anlamaq istəyirsinizsə, dağa qalxın və tar səsini dinləyin
İncəsənət
6 Sentyabr , 2017 11:13
Euronews tarla bağlı reportaj hazırlayıb - VİDEO

Bakı. 6 sentyabr. REPORT.AZ/ Tar səsi Azərbaycanın musiqi ənənələrini zənginləşdirib və onu əfsanəyə çevirib.

"Report" xəbər verir ki, bu barədə "Euronews" televiziyasının Azərbaycanın musiqi aləti tara həsr olunan reportajında bildirilib. 

"Tar sonsuzluq rəmzi olan səkkiz şəklindədir. Onun səsi Azərbaycanın musiqi ənənələrini zənginləşdirib və onu əfsanəyə çevirib. Vaxtilə onu yalnız varlıların evlərində çalardılar", - deyə reportajda vurğulanıb. 

Reportajın müəllifi Avrora Veles qeyd edib ki, zəngin musiqi imkanları sayəsində tar Qafqazda ən çox istifadə edilən musiqi alətinə çevrilib. 

Telekanal bu gün tarın YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil olduğunu xatırladıb.

Reportajda vurğulanıb ki, tarın hazırlanması sirləri nəsildən-nəslə ötürülür və yerli sənətkarlar tərəfindən qorunur.

"Azərbaycanın qəlbini anlamaq istəyirsinizsə, dağa qalxın və tar səsini dinləyin", - deyə müəllif qeyd edib. 

Son xəbərlər

Orphus sistemi