Ədil İsgəndərovun 105 illik yubileyi qeyd olunub

Ədil İsgəndərovun 105 illik yubileyi qeyd olunub Böyük rejissorun Fəxri Xiyabandakı məzarı ziyarət edilib
İncəsənət
137
5 May , 2015 17:17
Ədil İsgəndərovun 105 illik yubileyi qeyd olunub

Bakı. 5 may. REPORT.AZ/ Mayın 5-də Azərbaycanın görkəmli teatr və kino rejissoru, SSRİ xalq artisti Ədil İsgəndərovun anadan olmasından 105 il ötüb. 

"Report" xəbər verir ki, bu münasibətlə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyi və Ədil İsgəndərovun ailə üzvləri böyük sənətkarın məzarını ziyarət edib.

"Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, İctimai Televiziyanın direktoru Cəmil Quliyev Ədil İsgəndərovun Azərbaycan kinosu və teatrı üçün gördüyü işlərdən danışıblar.

Ədil İsgəndərovun tələbəsi, rejissor Elxan Qasımov müəllimi haqqında ürək sözlərini bölüşüb. O qeyd edib ki, nə qədər kino və teatr var Ədil İsgəndərov da yaşayacaq. E.Qasımov müəllimini "şeyx" adlandırıb: "Ədil müəllim bizim şeyximiz idi, biz də onun müridləri. Bu gün onun bizə verdiyi çörəyi yeyirik. Allah Ədil müəllimə rəhmət eləsin. Mən "yeri cənnət olsun" demirəm, onsuz da Ədil müəllimin etdiyi yaxşılıqlara görə yeri cənnətməkanlıqdır".

Ailə üzvləri adından Ədil İsgəndərovun qardaşı oğlu Elxan İsgəndərov çıxış edərək əmisini yad edən, xatirəsin əziz tutan hər kəsə təşəkkürünü bildirib.

Mərhumun qızı Dilarə İsgəndərova atası haqda xatirələrini bölüşüb, onu yad etdikləri üçün kinostudiyanın rəhbərliyinə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi