Donald Trampın andiçmə mərasimində çıxış edəcək qruplardan ikisinin adı açıqlanıb

Donald Trampın andiçmə mərasimində çıxış edəcək qruplardan ikisinin adı açıqlanıb Yanvarın 20-də baş tutacaq mərasimdə "The Mormon Tabernacle Choir" xor qrupu və "The Radio City Rockettes" rəqs qrupu səhnəyə çıxacaq
İncəsənət
23 Dekabr , 2016 14:33
Donald Trampın andiçmə mərasimində çıxış edəcək qruplardan ikisinin adı açıqlanıb

Bakı. 23 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasiminin ziyafət hissəsində səhnəyə çıxacaq musiqi və rəqs qruplarından ikisinin adı açıqlanıb.

"Report" BBC-ə istinadən xəbər verir ki, yanvarın 20-də baş tutacaq mərasimdə "The Mormon Tabernacle Choir" xor qrupu və "The Radio City Rockettes" rəqs qrupu çıxış edəcək. 

Qeyd edək ki, Elton Con və Selin Dion ABŞ-ın yeni prezidentinin andiçmə mərasimində səhnəyə çıxmaqdan imtina ediblər. D.Tramp isə bir müddət əvvəl bildirib ki, dünyanın bir çox məşhur simaları mərasimə qatılmaq üçün bilet istəyiblər. 

Son xəbərlər

Orphus sistemi