Bakı Xoreoqrafiya Akademiyasında Şah İsmayıl Xətaiyə həsr olunan tədbir keçirilib

Bakı Xoreoqrafiya Akademiyasında Şah İsmayıl Xətaiyə həsr olunan tədbir keçirilib Bakı Xoreoqrafiya Akademiyasında (BXA) orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə böyük şəxsiyyət, Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi “Şah İsmayıl Xətainin tariximizdə, ədəbiyyatımızda və dilimizdə rolu” adlı tədbir
İncəsənət
16 Dekabr , 2022 15:08
Bakı Xoreoqrafiya Akademiyasında Şah İsmayıl Xətaiyə həsr olunan tədbir keçirilib

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə böyük şəxsiyyət, Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi “Şah İsmayıl Xətainin tariximizdə, ədəbiyyatımızda və dilimizdə rolu” adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə BXA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Həbibə Məmmədova, orta ixtisas təhsili pilləsinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev, Sənətşünaslıq kafedrasının müdiri Şəhla Əliyeva, İctimai fənlər kafedrasının müdiri Elnurə Kazımzadə, Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıxov, orta ixtisas təhsili pilləsinin müəllim-tələbə heyəti ilə yanaşı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, görkəmli şair və nasir Baba Vəziroğlu iştirak edib.

Tədbiri orta ixtisas təhsili pilləsinin direktoru Tahir Eynullayev açaraq, iştirakçıları salamlayıb. O, Azərbaycan tarixində misilsiz xidmətləri olan Ş. İ.Xətainin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində orta ixtisas təhsili pilləsinin I kurs tələbələrinin təqdimatında Şah İsmayıl Xətainin həyatı, Azərbaycanın dövlətçilik maraqlarına xidmət edən siyasi fəaliyyəti, epik və lirik janrlarda yaratdığı ədəbi irsi haqqında danışıblar.

Vurğulanıb ki, böyük sərkərdə Şah İsmayıl Xətai tərəfindən əsası qoyulan Səfəvilər imperiyası bugünkü Azərbaycan, Ermənistan, İran, İraq, Əfqanıstan, Türkmənistan, Şimal-şərqi Hindistan və Özbəkistan ərazilərinin hüdudlarını təşkil edib. Şah İsmayıl Xətainin apardığı mübarizə vahid Azərbaycan yaratmaq arzusundan irəli gəlib və buna nail olub. O, Azərbaycan dilini dövlət və şeir dilinə çevirərək, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı uğrunda böyük xidmətlər göstərib. Ədəbi yaradıcılıq fəaliyyətinə gəlincə, böyük ədibin əsərlərini əsasən Azərbaycan dilində, müəyyən qismini isə fars və ərəb dillərində yazdığı qeyd edilib.

Tədbirdə tələbələr ifasında Azərbaycan tarixində böyük dövlət xadimi kimi iz qoyan Şah İsmayıl Xətainin Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan “Qış getdi, yenə bahar gəldi” və digər ana dilində qələmə alınmış şeir nümunələri səsləndirilib.

Qeyd edək ki, tədbir BXA-nın orta ixtisas təhsili pilləsinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehriban Haqverdiyeva və tarix müəllimi Aygül Qurbanova təşkil edib.

Son xəbərlər

Orphus sistemi