Biləsuvarda magistralın altından keçən su xətti zədələnib, yol dağılıb

Biləsuvarda magistralın altından keçən su xətti zədələnib, yol dağılıb Biləsuvar rayonunun Aşağı Cürəli kəndinin mərkəzindən keçən avtomobil yolu qəzalı vəziyyətə düşüb.
İncəsənət
23 İyun , 2022 15:46
Biləsuvarda magistralın altından keçən su xətti zədələnib, yol dağılıb

Biləsuvar rayonunun Aşağı Cürəli kəndinin mərkəzindən keçən avtomobil yolu qəzalı vəziyyətə düşüb.

Bu barədə "Report"un yerli bürosuna kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, yolun altından keçən su borusunun partlaması yolun dağılmasına, həm də suyun öz axınında ləngiməyə gətirir:

"Bu proses iki ildir ki, davam edir. Kəndin su təminatında rolu olan su həmin yerdən yolun altında yerləşdirilən burudan axır. Yol da dağılıb, çökmə olub. Kəndin mərkəzindən keçən asfalt yolu altından keçən hissəsindəki bu vəziyyət kəndin su təminatına da mənfi təsir göstərir".

Problemlə bağlı kənd inzibati ərazi dairəsindən bildirilib ki, məsələdən xəbərdardırlar: "Yol altından keçən, su ötürücü qurğunun bərpası İmişli şor kollektorları İdarəsinin səlahiyyətləri çərçivəsidə olduğundan, idarəni dəfələrlə məlumatlandırmışıq. Ancaq idarə rəsmiləri borunun yenisi ilə əvəzlənəcəyi ilə bağlı söz versələr də, buna əməl etmirlər".

Son xəbərlər

Orphus sistemi