Baş həkim əməkdar artistin səhhəti ilə bağlı açıqlama verdi

Baş həkim əməkdar artistin səhhəti ilə bağlı açıqlama verdi Əməkdar artist Rəhman Rəhmanov günorta saatlarında ailəsi tərəfində Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.
İncəsənət
1286
21 Fevral , 2020 17:40
Baş həkim əməkdar artistin səhhəti ilə bağlı açıqlama verdi

Əməkdar artist Rəhman Rəhmanov günorta saatlarında ailəsi tərəfində Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

Bunu “Report”a açıqlamasında Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəyalı Məmmədov deyib.

Onun sözlərinə görə, əməkdar artistin qaraciyəri, ürəyi ilə bağlı problemləri var:

“Həmçinin şəkər xəstəliyindən də əziyyət çəkir. Vəziyyəti ciddi idi. Bizdə az müddət qaldı. Digər xəstəxanaya köçürüldüyünə görə diaqnoz qoya bilmədik. Yəqin ki, digər xəstəxanada tam diaqnoz qoyulacaq”.

Qeyd edək ki, yenicag.az-a açıqlama verən aktyor R.Rəhmanov vəziyyətinin ağır olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi