Bakıda “Şərq irsi” beynəlxalq sərgisi açılıb

Bakıda “Şərq irsi” beynəlxalq sərgisi açılıb Bakıda “Şərq irsi” adlı beynəlxalq müasir incəsənət sərgisinin açılışı olub.
İncəsənət
121
17 Noyabr , 2021 09:58
Bakıda “Şərq irsi” beynəlxalq sərgisi açılıb

Bakıda “Şərq irsi” adlı beynəlxalq müasir incəsənət sərgisinin açılışı olub.

“Report” xəbər verir ki, sərgi Bakı Goethe-Zentrum, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi və “Platform ART” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində, XVII əsrdə inşa edilmiş tarixi memarlıq abidəsi olan Qasım bəy hamamında təşkil edilir.

Sərgi dünya mədəni irsinin qorunub saxlanılmasının vacibliyi barədə biliklərin genişləndirilməsinə yönəlib.

Açılış mərasimində Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin sədri Petr Mixalko, həmçinin digər Avropa ölkələrinin səfirləri iştirak ediblər.

Sərgi Azərbaycan, Almaniya və Braziliya rəssamlarının fotoqrafiya, videoart və instalyasiya janrlarında hazırlanmış incəsənət əsərlərindən ibarətdir.

Sərgi dekabrın 1-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi