Bakıda keçiriləcək “3-cü Türk Filmləri Həftəsi”nin proqramı açıqlanıb

Bakıda keçiriləcək “3-cü Türk Filmləri Həftəsi”nin proqramı açıqlanıb Bakı. 14 noyabr. REPORT.AZ/ Noyabrın 16-dan 20-dək Bakıda keçiriləcək “3-cü Türk Filmləri Həftəsi”nin proqramı açıqlanıb.
İncəsənət
14 Noyabr , 2017 20:23
Bakıda keçiriləcək “3-cü Türk Filmləri Həftəsi”nin proqramı açıqlanıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Noyabrın 16-dan 20-dək Bakıda keçiriləcək “3-cü Türk Filmləri Həftəsi”nin proqramı açıqlanıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və təqdimat müşavirliyidən "Report"a verilən məlumata görə, tədbir Türkiyənin “Yerli Düşüncə Dərnəyi”nin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino müdirliyi və səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi ilə həyata keçiriləcək.

Nizami Kino Mərkəzində “3-cü Türk Filmləri Həftəsi”nin rəsmi açılış mərasimi noyabrın 16-da baş tutacaq. Tədbirin rəsmi hissəsində “Yerli Düşüncə Dərnəyi”nin rəhbəri Metin Gündoğdu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu, eləcə də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı gözlənilir.

Daha sonra türkiyəli rejissor Caner Erzincanın “Yeni dünya” filmi nümayiş olunacaq.

Noyabrın 17-də isə Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan filmlər azərbaycanlı kinosevərlərə təqdim ediləcək. Yerli tamaçaşılar “Yeni dünya” filmi ilə yanaşı rejissor Bilal Babaoğlunun “Aşık”, rejissor Sinan Sertelin “Bir gün bir çoçuk”, rejissor Alper Çağların “Dağ-2” və rejissor Emre Konukun “Çırak” filmlərini ödənişsiz izləmək imkanı əldə edəcəklər.

Tədbirin keçirilməsində məqsəd Türkiyə-Azərbaycan mədəniyyətlərarası əlaqələrini kino sənətinin gücü ilə daha da möhkəmləndirməkdir.

“Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə hazırlanan festivalın əsas hədəfi Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin Türkiyədə geniş şəkildə təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Türkiyədən Bakıya gələcək rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçiriləcək, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq.

Son xəbərlər

Orphus sistemi