Bakıda “İkinci Bakı beynəlxalq memarlıq mükafatı” müsabiqəsi keçiriləcək

Bakıda “İkinci Bakı beynəlxalq memarlıq mükafatı” müsabiqəsi keçiriləcək Sərginin açılış mərasimi oktyabrın 8-i saat saat 10.30-da Muzey Mərkəzində olacaq
İncəsənət
7 Oktyabr , 2015 15:58
Bakıda “İkinci Bakı beynəlxalq memarlıq mükafatı” müsabiqəsi keçiriləcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ Oktyabrın 7-dən 9-dək Bakıda Azərbaycan Respublikası Memarlar İttifaqının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə "İkinci Bakı beynəlxalq memarlıq mükafatı" müsabiqəsi keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Müsabiqə çərçivəsində təqdim olunmuş işlərin sərgisi 7-8 oktyabr nümayiş etdiriləcək. Sərginin açılış mərasimi oktyabrın 8-i saat saat 10.30-da Muzey Mərkəzində olacaq.

Müsabiqənin əsas məqsədi - memarlığın inkişafı və həyata keçirilməsi üçün yeni ideyaların aşkara çıxarılması; bina və tikililərinin layihələndirilməsində daha mənalı şəhərsalma, kompozisiya, həcm-məkan həllərinin axtarışı; Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının yardımı ilə onların gələcəkdə praktiki olaraq həyata keçirilməsi üçün ideya və layihələrin maksimal müxtəlifliyinə nail olunmasıdır.

Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Memarlar İttifaqının rəhbər şəxsləri, eləcə də MDB ölkələrinin memarlar ittifaqlarının sədrləri iştirak edəcək.

Mükafat fondu 52 500 manat təşkil edən müsabiqənin nəticələri oktyabrın 9-da Bakı şəhərində keçiriləcək təntənəli mərasimdə elan ediləcək. 

Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətinə təşkilatın baş katibi, eləcə də I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin Münsiflər Heyətinin sədri Tomas Voiner rəhbərlik edəcək.

Nümayəndə heyətə həmçinin BMİ-nin sabiq prezidenti Vassilis Sgoutas və sabiq baş katibi Mişel Barmaki, vitse-prezident Hayder Ali daxildir. 

Son xəbərlər

Orphus sistemi