Bakıda alman fotoqrafının Berlin gecəsinə həsr olunmuş fotosərgisi keçiriləcək

Bakıda alman fotoqrafının Berlin gecəsinə həsr olunmuş fotosərgisi keçiriləcək Sərgi zamanı "Altar" audiovizual instalyasiya təqdim ediləcək
İncəsənət
20 Fevral , 2018 13:07
Bakıda alman fotoqrafının Berlin gecəsinə həsr olunmuş fotosərgisi keçiriləcək

Bakı. 20 fevral. REPORT.AZ/ Bakıda Alman-Azərbaycan Mədəniyyət Mərkəzi "Kapellhaus"da tanınmış alman fotoqrafı Sven Markvardın Berlin gecəsinə həsr olunmuş fotosərgisi keçiriləcək.

Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sərgi fevralın 25-dən martın 6-dək baş tutacaq.

"Son on il ərzində Sven Markvard Berlinin gecə həyatının məşhur şəxsiyyətlərini təsvir edən bir fotoqraf kimi beynəlxalq zirvəyə yüksəlib. Markvard analoq avadanlıqdan istifadə etdiyi öz ağ-qara rəngli portretlərində dostlarını, həmkarlarını və yoldaşlarını təsvir edib. Foto lentin yuyulması, aşkarı və çapa veriləcək fotoşəkillərin seçilməsi bir neçə gün tələb edir. Bu, işin nəticəsinin səbrsizliklə gözlənildiyi bir dövrdür", - səfirliyin məlumatında deyilir.

Sərgi zamanı Bakıdakı Göte Mərkəzinin dəstəyi ilə S.Makvardın tanınmış texno-klub fiquru, musiqi prodüseri Marsel Dettmannla birgə yaratdığı "Altar" audiovizual instalyasiyası təqdim ediləcək.

"Dettmannın musiqisi Sven Markvardın dəyişən şəkillərində sürpriz və emosiyalar arasında balans yaradaraq sərginin ziyarətçilərində Berlinin gecə atmosferini yaşadır", - diplomatik nümayəndəlikdən bildirilib.

Sərgi hər gün saat 14:00-dan 20:00-dək açıq olacaq.

Son xəbərlər

Orphus sistemi