Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Prezident yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Saf rənglər” V Beynəlxalq Uşaq Yaradıcılıq Festivalı təşkil edilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, akademiyanın Muzey-Sərgi Kompleksində keçirilən sərgidə Tərbiyə müəssisəsində cəza çəkən azyaşlı məhkumların təsviri sənətin müxtəlif janrlarında ərsəyə gətirdikləri əl işləri üçün xüsusi guşə yaradılıb.
Azyaşlı məhkumların sərgidə nümayiş edilən əl işləri böyük maraqla qarşılanıb.



