AzTV-də “Muğam” müsabiqəsi başlayıb

AzTV-də “Muğam” müsabiqəsi başlayıb Azərbaycan Televiziyası “Muğam” televiziya müsabiqəsinə start verib.
İncəsənət
12 Mart , 2022 13:03
AzTV-də “Muğam” müsabiqəsi başlayıb

Azərbaycan Televiziyası “Muğam” televiziya müsabiqəsinə start verib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumatına görə, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirilir.

Müsabiqəyə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər dəvət olunurlar. Sənəd qəbulu fevralın 28-dən başlayıb və martın 28-nə kimi davam edəcək. Yaşı 13-dən 16-ya qədər oğlanlar müsabiqəyə buraxılmırlar. Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.

Seçim turu keçiriləcək bölgələr: Naxçıvan MR, Bərdə, Gəncə, Sabirabad, Xaçmaz, İsmayıllı, Şəki, Lənkəran.

Müsabiqəyə may ayının 10 da start veriləcək və həftədə 2 dəfə - çərşənbə axşamı ilə cümə axşamı günlərində AzTV-də canlı yayımlanacaq. Müsabiqənin keçiriləcəyi əsas məkan Beynəlxalq Muğam Mərkəzidir. Sonrakı mərhələlərdə təlabatdan asılı olaraq bölgələrdə də keçirilə bilər.

Yarışmanın münsiflər heyətinə Xalq artisti Səkinə İsmayılova, Xalq artisti Mələkxanım Əyyubova, Xalq artisti Sərdar Fərəcov, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Nəzakət Teymurova, Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi daxildir.

Müsabiqənin 15 həftə davam edəcəyi planlaşdırılır. Yarışmada 2-ci seçim turundan keçmiş 20 nəfər iştirak edəcək.

Müsabiqəyə sənəd qəbulu ilə bağlı bu linkdən istifadə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi