Parisdə azərbaycanlı modelyerin yeni kolleksiyasının təqdimatı keçirilib

Parisdə azərbaycanlı modelyerin yeni kolleksiyasının təqdimatı keçirilib Paris. 23 yanvar. REPORT.AZ/ Fransanın paytaxt Parisdə azərbaycanlı modelyer Günelin yeni kolleksiyasının təqdimatı keçirilib.
İncəsənət
2364
23 Yanvar , 2019 16:38
Parisdə azərbaycanlı modelyerin yeni kolleksiyasının təqdimatı keçirilib

Paris. 23 yanvar. REPORT.AZ/ Fransanın paytaxt Parisdə azərbaycanlı modelyer Günelin yeni kolleksiyasının təqdimatı keçirilib.

“Report“un Qərbi Avropa bürosu bildirir ki, təqdimatda moda dünyasının tanınmış simaları, bu sahədə ixtisaslaşmış jurnalistlər iştirak ediblər.

Azərbaycanlı modelyerin əl işlərinin nümayişi Parisin tarixi Van Dom meydanında yerləşən məşhur ulduzların ünvanı Ritz Otelində baş tutub.

Azərbaycanlı modelyerin "Gyunel Couture" adlanan Moda Evi Londonda yerləşir. Günel əl işlərinin böyük hissəsini Azərbaycanın zəngin mədəniyyəti, incəsənətindən ruhlanaraq yaradır.

Günelin əl işləri artıq 7-cı dəfədir ki, Parisdə nümayiş etdirilir.

Son xəbərlər

Orphus sistemi