Azərbaycanlı gənc tarzən İspaniyada beynəlxalq festivalda Gürcüstanı təmsil edib

Azərbaycanlı gənc tarzən İspaniyada beynəlxalq festivalda Gürcüstanı təmsil edib Gürcüstan İspaniyanı Lloret de Mar şəhərində keçirilən “Fiestalonia Millenio” beynəlxalq incəsənət festivalı və müsabiqəsində iştirak edib.
İncəsənət
12 May , 2022 12:52
Azərbaycanlı gənc tarzən İspaniyada beynəlxalq festivalda Gürcüstanı təmsil edib

Gürcüstan İspaniyanı Lloret de Mar şəhərində keçirilən “Fiestalonia Millenio” beynəlxalq incəsənət festivalı və müsabiqəsində iştirak edib.

“Report”un yerli bürosu xəbər verir ki, 10-dan çox ölkədən olan yeniyetmə və gənc istedadların qatıldığı tədbirdə Gürcüstanı “İmedi” rəqs ansamblı, vokalçılar və tarzən Ramin Pirməmmədov təmsil ediblər.

Tbilisili soydaşımız festivalın müsabiqə hissəsində “Çahargah rapsodiyası”nı, qala konsertdə isə “Despacito” ispan mahnısını ifa edib. Tamaşaçılar məşhur mahnının çox fərqli və unikal versiyasını alqışlarla qarşılayıblar.

İfadan sonra münsiflər heyəti və tamaşaçılara tar barədə məlumat verilib, alətin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi bildirilib.

R.Pirməmmədov müsabiqənin instrumentalistlər nominasiyasında I yerə layiq görülüb.

R.Pirməmmədov “Report”a bildirib ki, hər iki ifası yerli və əcnəbi musiqisevərləri valeh edib. O, festival iştirakçıları və təşkilatçıların tar musiqi alətinə böyük maraq göstərdiklərini də vurğulayıb.

Gürcüstan kollektivi festival iştirakçıları arasında II yeri tutub.

Qeyd edək ki, R.Pirməmmədov uşaqlıqdan tar alətində ifa etməyi öyrənib. 19 yaşlı soydaşımız hazırda İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinin I kurs tələbəsidir. O, Gürcüstanda yeganə tar ifaçısı kimi tanınır.

Son xəbərlər

Orphus sistemi