Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanlı dirijor Əyyub Quliyev mayın 28-dən iyunun 4-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək "Musiqi olimpi" beynəlxalq festivalında iştirak edəcək.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, festival çərçivəsində baş tutacaq 5 konsertdə 17 ölkədən, o cümlədən Azərbaycandan 20 musiqiçi çıxış edəcək.
Musiqili tədbir Sankt-Peterburqun bir sıra konsert salonlarında - Filarmoniyanın Böyük Zalında, Mariinski teatrının Konsert zalında, Kapelloda keçiriləcək.
İyunun 4-də D.D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının Böyük zalında azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi ilə bu filarmoniyanın akademik simfonik orkestrinin konserti olacaq. Konsertdə Brams, Vaqner, Dvorjak kimi bəstəkarların əsərləri ifa ediləcək.