Azərbaycanlı cütlük Gürcüstanda “Miss and Mister Planet - 2018” titulu uğrunda yarışacaq

Azərbaycanlı cütlük Gürcüstanda “Miss and Mister Planet - 2018” titulu uğrunda yarışacaq Tbilisi. 28 sentyabr. REPORT.AZ/ Sentyabrın 29-da Tbilisidə “Miss and Mister Planet - 2018” beynəlxalq gözəllik müsabiqəsinin final mərhələsi keçiriləcək.
İncəsənət
28 Sentyabr , 2018 15:12
Azərbaycanlı cütlük Gürcüstanda “Miss and Mister Planet - 2018” titulu uğrunda yarışacaq
0 : 00
0 : 00

Tbilisi. 28 sentyabr. REPORT.AZ/ Sentyabrın 29-da Tbilisidə “Miss and Mister Planet - 2018” beynəlxalq gözəllik müsabiqəsinin final mərhələsi keçiriləcək.

“Report”un Gürcüstan bürosunun verdiyi məlumata görə, yarışmada Azərbaycanı Züleyxa Orucova və Emil Qasımov təmsil edəcək.

Müsabiqənin təsisçisi Ekaterina Mqaloblişvili bu gün keçirilən mətbuat konfransında deyib ki, yarışmaya Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Estoniya, Tacikistan və Latviyadan 35 iştirakçı qatılıb.

O bildirib ki, müsabiqənin qaliblərini 25 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti müəyyən edəcək.

Z.Orucova “Report”a beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etməyin çox məsuliyyətli iş olduğunu söyləyib: “Böyük həyəcan keçirirəm. Qalib gələcəyimə inanıram. Mən də olmasam, yarışmada yoldaşım Emil Qasımovun qalib olacağına ümid edirəm”.

“Miss and Mister Planet - 2018” beynəlxalq gözəllik müsabiqəsinin münsiflər heyətində yarışmanın Azərbaycan üzrə milli direktoru Aqil Məmiyev də təmsil olunur.

Qeyd edək ki, müsabiqənin qaliblərini qızıl tac və 5000 avro məbləğində pul mükafatı gözləyir.

Son xəbərlər

Orphus sistemi