Azərbaycanın xalq artisti Lyudmila Duxovnaya Gürcüstanda ustad dərsi keçib

Azərbaycanın xalq artisti Lyudmila Duxovnaya Gürcüstanda ustad dərsi keçib Gürcüstan Akademik Rus Dram Teatrının rəhbərliyi aktrisaya təşəkkür məktubu ünvanlayıb
İncəsənət
2 İyul , 2016 15:17
Azərbaycanın xalq artisti Lyudmila Duxovnaya Gürcüstanda ustad dərsi keçib

Bakı. 2 iyul. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası, xalq artisti Lyudmila Duxovnaya Gürcüstanda ustad dərsləri keçib.

"Report" xəbər verir ki, A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrı və "Rus klubu" beynəlxalq mədəni-maarif ittifaqı Azərbaycanın xalq artistinə təşəkkür məktubu göndərib.

Məktubda Lyudmila Duxovnayanın Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetinin tələbələri ilə apardığı ustad dərslərindən və aparılan dərslər zamanı gürcü tələbələrin sənətlə bağlı topladıqları məlumatlardan söz açılır.

"Sizin dərsləriniz sayəsində aktyorlarımız peşəkar aktrisadan sənətin sirlərini öyrənib. Sizinlə ünsiyyət onlara bilik, qürur və təcrübə qazandırıb", - deyə məktubda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi