Azərbaycanda daha üç teatra yeni baş rejissor təyin edilib

Azərbaycanda daha üç teatra yeni baş rejissor təyin edilib Gəncə Teatrının keçmiş rejissoru "YUĞ" Teatrının baş rejissoru təyin olunub
İncəsənət
222
19 Noyabr , 2014 12:45
Azərbaycanda daha üç teatra yeni baş rejissor təyin edilib
Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri ölkənin daha üç teatrına yeni baş rejissorlar təyin edib.

"Report" xəbər verir ki, nazir Əbülfəs Qarayevin əmrinə əsasən, Sərvər Əliyev Ağdam Dövlət Dram Teatrına, Musa Eyyubov Qazax Dövlət Dram Teatrına baş rejissor təyin olunub. Gəncə Teatrının keçmiş baş rejissoru Gümrah Ömər isə "YUĞ" Teatrının baş rejissoru təyin edilib.

Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə İradə Gözəlova təyin olunub.

Son xəbərlər

Orphus sistemi