Azərbaycan Xalça Muzeyində “Kələğayısı gülgəz, libası əlvan” adlı sərgi keçirilib

Azərbaycan Xalça Muzeyində “Kələğayısı gülgəz, libası əlvan” adlı sərgi keçirilib Bu gün Azərbaycan kələğayısı günüdür
İncəsənət
24 Noyabr , 2015 19:13
Azərbaycan Xalça Muzeyində “Kələğayısı gülgəz, libası əlvan” adlı sərgi keçirilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində “Kələğayısı gülgəz, libası əlvan” adlı sərgi keçirilib.

"Report" xəbər verir ki, Azərbaycanın əvəzsiz sənət nümunələrini, milli irsini qoruyan, onun nümayişi və təbliğini daim həyata keçirən Azərbaycan Xalça Muzeyi öz ənənəsinə sadiq qalaraq, zərif sənət nümunəsi olan kəlağayılarımızı qürurla nümayiş etdirir.

2014-cü il noyabrın 24-də YUNESKO-nun Qeyri-maddi İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bir ildir Azərbaycanın milli kələğayısının mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə təsdiqlənib.

Bu münasibətlə noyabrın 24-ü Azərbaycanda Milli Kələğayı Günü kimi qeyd edilir.

Tədbir çərçivəsində muzeyin Uşaq şöbəsi face-art proqramında kəlağayı naxışlarının uşaqların əl-üzlərinə çəkilməsi və trafaretin üzərinin rənglənməsi kompozisiyası göstərilib.

Sərgidə gənc kolleksiyaçılar Ruslan Hüseynov və Fuad Cəbrayılovun şəxsi kolleksiyasından olan nümunələr nümayiş etdirilib.

Təqdim edilən geyimlər Şamaxı, Qarabağ, Bakı, Naxçıvan və digər bölgələri əhatə edir. Burada 250-dən artıq həm kişi, həm qadın, eləcə də uşaq geyimləri, milli geyimin ayrılmaz hissəsi olan tikmə nümunələri sərgilənir.

Sərgidə nümayiş edilən kolleksiyada XVIII-XIX əsrləri əhatə edən çoxlu sayda müxtəlif tikmə, zərgərlik nümunələri, Azərbaycanın müxtəlif regionlarına mənsub olan milli geyim, geyim elementləri, baş örtükləri saxlanılır.

Sərgi çərçivəsində muzeydə həmçinin uşaqlar üçün kələğayı naxışlarının uşaqların əl-üzlərinə çəkilməsi, trafaretin üzərinin rənglənməsi də nümayiş etdirilib.

Sərginin sonunda kələğayı günü münasibətilə konsert proqramı təqdim edilib.

Qeyd edək ki, sərgi bir ay davam edəcək.

Son xəbərlər

Orphus sistemi