Azərbaycan teatrı Təbrizdə beynəlxalq festivalda iştirak edir

Azərbaycan teatrı Təbrizdə beynəlxalq festivalda iştirak edir Tədbirdə Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyası nümayiş olunacaq
İncəsənət
13 Yanvar , 2017 12:26
Azərbaycan teatrı Təbrizdə beynəlxalq festivalda iştirak edir

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı İranda keçiriləcək 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edir.

Teatrdan "Report"a verilən məlumata görə, yanvarın 13-dən 18-dək Təbrizdə keçiriləcək tədbirdə Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyası nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır.

Rolları xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa edirlər. 

Son xəbərlər

Orphus sistemi