Azərbaycan Dövlət Musiqili Teatrında yeni təyinat olub

Azərbaycan Dövlət Musiqili Teatrında yeni təyinat olub Teatra mətbuat xidmətinin rəhbəri təyin edilib
İncəsənət
123
3 Fevral , 2015 11:23
Azərbaycan Dövlət Musiqili Teatrında yeni təyinat olub

Bakı. 3 fevral. REPORT.AZ/ Tanınmış yazıçı-dramaturq Samir Sədaqətoğlu Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri təyin olunub.

"Report" xəbər verir ki, bu barədə məlumatı Musiqili Teatrın mətbuat xidməti yayıb.

Mətbuat xidməti rəhbərinin teatr sahəsinə kifayət qədər bələd olduğu bildirilir.

Samir Sədaqətoğlu Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

S.Sədaqətoğlu 2001-ci ildə çap olunmuş hekayələrinə görə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin “İlin ən yaxşı gənc nasiri” və Azərbaycan Yazıçılar Birliyinin Ülvi Bünyadzadə adına “Uğur” mükafatlarını alıb. 2002-ci ildə Bakı Dövlət Kamera teatrında xalq artisti, “Şöhrət” ordenli rejissor Cənnət Səlimovanın quruluş verdiyi “İtən vaxt” əsəri “Üfüq XXI” IV Respublika Monotamaşalar Festivalında Azərbaycan Teatr Xadimləri İttifaqının Xüsusi mükafatına layiq görülüb.

Əsərləri Azərbaycanın bir çox teatrlarının səhnəsində tamaşaya qoyulub.

Son xəbərlər

Orphus sistemi